Qeydiyyatdan tutmuş 3D virtual tur yerləşdirməyə qədər hər addım izah edilib.
Platformaya ilk dəfə daxil olarkən hesab yaratmaq lazımdır. Qeydiyyat tamamilə pulsuzdur.
Brauzerinizdə mapkey.az ünvanını açın. Sağ yuxarı küncdəki profil ikonuna klikləyin.
Aktiv e-poçt ünvanınızı və minimum 6 simvollu şifrə seçin.
Tam adınız elan səhifəsində "Satıcı" kimi görünəcək.
Fərdi — şəxsi əmlak satışı üçün.
Agent — komanda idarə etmək üçün.
Korporativ — şirkət hesabı üçün.
Əmlakınızı bir neçə addımda platforma yerləşdirin. Şəkillər, video, 3D tur əlavə edə bilərsiniz.
Səhifənin sağ yuxarısındakı qızıl rəngli + ELAN ƏLAVƏ ET düyməsinə klikləyin.
Satış / Kirayə / Yeni Tikili / Kommersiya — bir birini seçin. Kateqoriya: Mənzil, Ev/Villa, Torpaq, Ofis, Kommersiya.
Başlıq, qiymət, rayon, sahə, otaq sayı, mərtəbə kimi əsas məlumatları daxil edin.
Xəritə üzərindən əmlakın dəqiq yerini işarələyin. Ünvan avtomatik doldurulur.
Maksimum 15 şəkil yükləyə bilərsiniz (JPG/PNG/WebP). Videolar üçün ayrıca bölmə mövcuddur.
Bütün məlumatlar doldurulduqdan sonra Elanı Yayımla düyməsinə basın. Elan dərhal xəritədə görünür.
Virtual tur alıcılara əmlakı fiziki olaraq ziyarət etmədən 360° görmə imkanı verir.
Matterport-un öz virtual turunuz varsa — my.matterport.com saytına daxil olun. Demo üçün matterport.com/discover saytından istənilən public turu götürün.
Turun içindəki Paylaş (⬆) ikonuna klikləyin → Copy Link seçin.
Elan əlavə/redaktə formasında Virtual Tur bölməsi → Embed Linki tabı → sahəyə linki yapışdırın.
Telefonla panorama şəkil çəkmisinizsə — 360° Foto tabına keçin, şəkli yükləyin. Pannellum tərəfindən avtomatik 3D turə çevrilir.
Bütün elanlar interaktiv xəritədə pin kimi göstərilir. Filtrlərlə axtarışı daraltmaq olar.
Yuxarıdakı naviqasiyadan Hamısı · Satış · Kirayə · Yeni Tikili · Kommersiya seçin. Xəritə anında yenilənir.
Axtarış sahəsinə rayon adı yazın (məs: Nərimanov) — xəritə həmin rayona fokuslanır.
Xəritədəki rəngli pin-ə klikləyin — sağ paneldə elanın kartı vurğulanır. Pin üzərindəki qiymət göstəricisinə klikləyin — pop-up açılır.
Sırala açılan menyusu ilə elanları qiymətə, tarixə görə sıralayın.
Elanın üzərinə kliklədikdə bütün parametrləri, şəkilləri, virtual turu görmək olar.
Sağ paneldəki kartda 🔎 Ətraflı düyməsinə klikləyin.
Şəkillər qalereyası açılır. Böyütmək üçün şəkilə klikləyin.
🔭 Virtual Tur düyməsi varsa — klikləyin. Matterport 3D turu tam ekranda açılır. Çıxmaq üçün sağ yuxarıdakı ✕ basın.
💬 Mesaj Göndər düyməsinə klikləyin — daxili mesajlaşma sistemi açılır. Hesab tələb olunur.
Agent və Korporativ hesab sahibləri komanda üzvlərini idarə edə bilər. Üzvlər elan paylaşa, admin isə hamısını görüb idarə edə bilər.
Yuxarıdakı naviqasiyada ANALİTİKA düyməsinə klikləyin. Sol menyudan Komanda bölməsini seçin.
Alt hissədəki dəvət sahəsinə üzvün e-poçt ünvanını daxil edin, rolunu seçin (Admin / İşçi), Dəvət Göndər düyməsinə basın.
Üzv e-poçtundakı linkə klikləyir → hesab yaradır → avtomatik komandaya qoşulur.
Admin olaraq bütün üzvlərin elanlarını görə, silə, filtrə edə bilərsiniz.
my.matterport.com/show/?m= formatında olduğunu yoxlayın.